11/05/2023

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində Ulu Öndər Heydər Əliyevinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Ulu Öndər Heydər Əliyevinin 100 illik yubileyinə həsr olunmuş tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi yolunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiram və sükutla yad edilmişdir.