• ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • STRUKTUR
  • EKSPERT KOMİSSİYALARI
  • QANUNVERİCİLİK
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Məhkəmə ekspertizası fəaliyyəti haqqında qununu
    • Əhalinin sağlamlığının qorunması haqqında
    • Psixiatriya yardımı haqqında
    • Narkoloji xidmət və nəzarət haqqında
    • Psixoloji yardım haqqında
    • Cinayət Məcəlləsi
    • Cinayət-Prosessual Məcəllə
    • Mülki Məcəllə
    • Mülki Prosessual Məcəllə
    • İnzibati Xətalar Məcəlləsi
  • TƏDBİRLƏR
  • BİZİMLƏ ƏLAQƏ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ekspert heyyətinin Türkiyə Cümhuriyyətinə səfəri

21/05/2024

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyinin birgə qarşılıqlı əməkdaşlığı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ekspert psixiatr və psixoloqlarının İstanbul şəhərində Bakırköy Prof. Dr. Mazhar Osman “Ruh Sağlığı ve Sinir Hastalıkları Eğitim Araştırma Hastanesi”ndə 06.05.2024-cü il tarixdən 17.05.2024-cü il tarixədək “Məhkəmə Psixiatriyası” üzrə müvafiq təcrübə kursu təşkil olunmuşdur.

Təşkil olunmuş kurslarda Mərkəzin həkim-psixiatr və psixoloq ekspertləri elmi, təcrübi fəaliyyətinin təkminləşdirilməsi, bilik və bacarıqlarının artırılması üçün xarici təcrübədən istifadə etmək məqsədi ilə iştirak etmişlər.

Bu müddət ərzində təlim iştirakçıları xüsusi hazırlanmış proqram üzrə təşkil olunmuş seminar, nəzəri və praktik təlimlərə qoşulmuş, xəstə müayinələrində və eyni zamanda ekspert komissiyalarında yaxından iştirak etmişlər. Həmçinin qarşıda duran mövzular üzrə qardaş Türkiyə dövlətinin praktik təcrübələrini mənimsəməklə yanaşı eyni zamanda Azərbaycan təcrübəsi də müzakirə olunmuşdur. Bu isə öz növbəsində Qardaş ölkənin mütəxəsisslərində Azərbaycan təcrübəsinə də böyük maraq yaratmışdır.

Kurs müddətində əlamətdar hadisələrdən biri də kurs iştirakçılarının 17-18 may 2024-cü il tarixində keçirilmiş həmin xəstəxananın 100 illiyinə həsr olunmuş “Adli Psikiyatri Sempozyumu”nda da iştirak etmələri olmuşdur.

Səfər çərçivəsində adı çəkilən xəstəxananın Baş həkimi Mustafa Nuray Namlı ilə “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin baş direktoru, t.ü.f.d. Tural Zülfü oğlu Rzayev arasında görüş təşkil olunmuş, səmimi və qonaqpərvər görüş çərçivəsində hər iki Mərkəz arasında qarşılıqlı beynəlxalq əməkdaşlığın yaradılması və gələcəkdə də bu kimi təlim və kursların hər iki ölkədə təşkil olunması təklif olunmuşdur.



Paylaş

Site by Unicode