• ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • STRUKTUR
  • EKSPERT KOMİSSİYALARI
  • QANUNVERİCİLİK
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Məhkəmə ekspertizası fəaliyyəti haqqında qununu
    • Əhalinin sağlamlığının qorunması haqqında
    • Psixiatriya yardımı haqqında
    • Narkoloji xidmət və nəzarət haqqında
    • Psixoloji yardım haqqında
    • Cinayət Məcəlləsi
    • Cinayət-Prosessual Məcəllə
    • Mülki Məcəllə
    • Mülki Prosessual Məcəllə
    • İnzibati Xətalar Məcəlləsi
  • TƏDBİRLƏR
  • BİZİMLƏ ƏLAQƏ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin baş direktoru və baş direktor müavininin Rusiya Federasiyasına səfəri baş tutmuşdur.

24/09/2024
24-27 sentyabr 2024-cü il tarixlərində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində Rusiya Federasiyası Səhiyyə Nazirliyi V.P.Serbski adına “Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin” baş direktoru t.e.d. Şport Svetlana Vyaçeslavovnanın rəsmi dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin baş direktoru, t.ü.f.d. Tural Zülfü oğlu Rzayev və baş direktorun müavini Camalə Mehman qızı Əlirzayevanın Rusiya Federasiyasına səfəri  baş tutmuşdur. Səfər çərçivəsində 24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin baş direktoru, t.ü.f.d. T.Z.Rzayev, baş direktorun müavini C.M.Əlirzayeva ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin V.P.Serbski adına “Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin” Mərkəzinin baş direktoru t.e.d. Şport Svetlana Vyaçeslavovna, baş direktorun müavini Kozlov Aleksandr Aleksandroviç, baş həkim Fastovçov Qriqoriy Aleksandroviç, professor Tkaçenko Andrey Anatoleviç və işçi heyəti ilə görüş həyata keçirilmiş, mərkəzdə fəaliyyət göstərən şöbələrlə yaxından tanışlıq baş tutmuş, qarşılıqlı iş prinsipləri müzakirə edilmişdir. Görüş zamanı V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin nəznində yaradılmış tarixi muzey ziyarət olunmuşdur. 25 senytabr tarixində səfər iştirakçıları RF Səhiyyə Nazirliyinin V.P.Serbski adına FDBM “Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin” filialı olan Moskva Elmi Tədqiqat Psixiatriya İnstitutunda professor, tibb elmləri doktoru, psixiatr Qriqori Yakovleviç Avrutskinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etmişdilər. 26-27 sentyabr tarixlərində Ryazan şəhərində digər MDB ölkələrinin mütəxəsislərinin iştirakı ilə təşkil olunmuş “Neyrologiya və klinik təcrübənin inteqrasiyası: Psixi sağlamlıq sahəsində mövcud tendensiyalar” mövzusunda elmi-praktik konfransda Tural Zülfü oğlu Rzayev “Azərbaycan Respublikasında məhkəmə-psixiatrik ekspertizasının təşkil olunması” mövzusunda çıxış etmişdir.  

Paylaş

Site by Unicode