“MƏHKƏMƏ PSİXİATRİK EKSPERTİZA MƏRKƏZİ” PHŞ
Haqqımızda
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi.
Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi-cinayət və mülki işlər üzrə keçən şəxslərin psixi vəziyyətlərinin yoxlanılması üçün məhkəmə qərarı əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qurumudur.
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublkası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 125 nömrəli 6 avqust 2002-ci il tarixli qərarına əsasən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi yaradılmışdır.
Mərkəzin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında “, “Psixiatriya yardımı haqqında” və “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, Cinayət, Mülki, Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələrinin müvafiq maddələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, digər qanunvericilik aktları, Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları əsasında həyata keçirilir.
“Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” “Publik Hüquqi Şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.7.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” əsasında publik hüquqi şəxs statusunda yaradılmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 noyabr 2022-ci il tarixli əmri ilə “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin strukturunda Gəncə regional ambulator şöbəsi yaradılmışdır.
Mərkəzin vəzifələri: məhkəmə psixiatrik ekspertizalarını keçirmək və rəylər vermək, respublikada aparılan məhkəmə psixiatrik ekspertiza fəaliyyətinə nəzarət və təşkilati-metodiki rəhbərlik etmək, qanunvericiliyə uyğun olaraq tədqiqatlar, müayinələr aparnaq və müvafiq arayışlar vermək, məhkəmə psixiatrik ekspertizası sahəsində elmi-tədqiqat işlərini aparmaq, alınmış nəticələri ekspert təcrübəsində və psixi fəaliyyət qabiliyyətsizliyi müayinələrində tətbiq etmək və profilaktik işləri həyata keçirmək, məhkəmə ekspertizası və məhkəmə psixiatriyası sahəsində xüsusi biliyə malik peşəkar mütəxəssislərin hazırlanması, onların ixtisaslarının artırılması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək və s.
Mərkəzin fəaliyyəti: məhkəmə, hüquq-mühafizə orqanlarına kömək məqsədi ilə məhkəmə ekspertizasına və psixi fəaliyyət qabiliyyətsizliyi müayinələrinə dair metodik vəsaitlər hazırlamaq, məhkəmə ekspertizası və məhkəmə psixiatriyası sahəsinin təkmilləşdirilməsi və inkişafına dair rəy və təkliflər vermək,təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.