• ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • STRUKTUR
  • EKSPERT KOMİSSİYALARI
  • QANUNVERİCİLİK
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Məhkəmə ekspertizası fəaliyyəti haqqında qununu
    • Əhalinin sağlamlığının qorunması haqqında
    • Psixiatriya yardımı haqqında
    • Narkoloji xidmət və nəzarət haqqında
    • Psixoloji yardım haqqında
    • Cinayət Məcəlləsi
    • Cinayət-Prosessual Məcəllə
    • Mülki Məcəllə
    • Mülki Prosessual Məcəllə
    • İnzibati Xətalar Məcəlləsi
  • TƏDBİRLƏR
  • BİZİMLƏ ƏLAQƏ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində Ulu Öndər Heydər Əliyevinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

11/05/2023

Ulu Öndər Heydər Əliyevinin 100 illik yubileyinə həsr olunmuş tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi yolunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiram və sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Mərkəzin direktoru Tural Zülfü oğlu Rzayev Ulu Öndər Heydər Əliyevin ömür yoluna nəzər salaraq, dahi şəxsiyyətin səhiyyə sistemindəki fəaliyyətindən, səhiyyəsinin inkişafındakı müstəsna rolundan bəhs etmişdir.

Mərkəzin ambulator şöbəsinin müdiri Rauf Ceyhun oğlu Qəmərlinksi Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin psixoloji fenomen kimi əvəzolunmaz xüsusiyyətlərindən danışmışdır.

Həmçinin tədbirdə Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlardan və Azərbaycan tibb elminin tarixində xüsusi rolundan, apardığı tədqiqatlardan və tibb elminə verdiyi töhfələrdən bəhs edilmişdir.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Tədbir Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası ilə yekunlaşmışdır.



Paylaş

Site by Unicode