• ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • STRUKTUR
  • EKSPERT KOMİSSİYALARI
  • QANUNVERİCİLİK
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Məhkəmə ekspertizası fəaliyyəti haqqında qununu
    • Əhalinin sağlamlığının qorunması haqqında
    • Psixiatriya yardımı haqqında
    • Narkoloji xidmət və nəzarət haqqında
    • Psixoloji yardım haqqında
    • Cinayət Məcəlləsi
    • Cinayət-Prosessual Məcəllə
    • Mülki Məcəllə
    • Mülki Prosessual Məcəllə
    • İnzibati Xətalar Məcəlləsi
  • TƏDBİRLƏR
  • BİZİMLƏ ƏLAQƏ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində Rusiya Federasiyasının aparıcı təşkilatı ilə növbəti görüş keçirilmişdir.

18/07/2024

09-11 iyul 2024-cü il tarixlərində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin V.P.Serbski adına “Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin” rəhbərliyinin ölkəmizə rəsmi səfəri baş tutmuşdur.

Səfər çərçivəsində 11 iyul 2024-cü il tarixində Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş psixiatr və narkoloqu, V.P.Serbski adına “Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzi”nin baş direktoru t.e.d.Şport Svetlana Vyaçeslavovna və həmin mərkəzin direktor müavini t.e.d. Kozlov Aleksandr Aleksandroviçin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində görüşü təşkil olunmuşdur.

Görüşdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin baş direktoru, t.ü.f.d. Tural Zülfü oğlu Rzayev ilə V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin baş direktoru t.e.d. Şport Svetlana Vyaçeslavovna arasında hər iki mərkəzin iş strukturu və fəaliyyəti barədə ümumi məlumat mübadiləsi aparılmış, həmçinin ikitərəfli görüş zamanı birgə əməkdaşlığın prespektivləri nəzərdən keçirilmiş, elm və təhsil sahəsində müxtəlif istqamətlərdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr olmuşdur. Qonaqlar Mərkəzin kollektivi ilə yaxından tanış olmuş və məhkəmə psixiatriyasının müxtəlif sahələrində təcrübə mübadiləsi məsələləri haqqında təkliflər irəli sürülmüşdür.

Eyni zamanda qonaqlar Azərbaycan Tibb Universitetində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”, “Respublika Psixiatriya Xəstəxanası” və “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxslərində də olmuşlar.


Paylaş

Site by Unicode