
Səfər çərçivəsində 21.05.2025-сi il tarixində Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş psixiatr və narkoloqu, V.P.Serbski adına “Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzi”nin baş direktoru t.e.d.Şport Svetlana Vyaçeslavovna, Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş psixiatr-narkoloqu, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin psixologiya laboratoriyasının rəhbəri, professor Farit Sufiyanoviç Safuanov, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin cinayət prosesi üzrə məhkəmə psixiatriya ekspertizası şöbəsinin məhkəmə seksologiyası laboratoriyasının rəhbəri, Lyubov Yuryevna Demidova, psixologiya elmləri namizədi, S.D.Asfendiyarov adına Qazaxıstan Dövlət Tibb Universitetinin G.İ.Zaltsman adına Psixiatriya və Narkologiya kafedrasının professoru, “Psixi sağlamlıq sahəsində işləyən mütəxəssislərin assosiasiyası” Regional İctimai Təşkilatının prezidenti, Saqat Abılkairoviç Altınbekov, tibb elmləri doktoru, Gürcüstan Ekologiya Elmləri Akademiyasının müxbir üzvü, Psixi Sağlamlıq və Narkomaniyanın Prevensiyası Mərkəzinin baş direktorunun ekspertiza və təhsil məsələləri üzrə müavini, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Psixiatriya və Tibbi Psixologiya kafedrası, tibb elmləri doktoru, professor, David Zuraboviç Zurabaşvili, Belarus Respublikası Dövlət məhkəmə ekspertizası komitəsinin mərkəzi аparatının məhkəmə-psixiatriya ekspertizaları baş idarəsinin rəisi, Dövlət məhkəmə tibbi ekspert-psixiatrı, Belarus Respublikasının Məhkəmə Ekspertizaları Dövlət Komitəsinin kadrların yenidən hazırlanması və ixtisasartırma İnstitutunun məhkəmə psixiatriyası və psixologiyası kafedrasının dosenti, tibb elmləri namizədi Yuri İvanoviç Ostyanko Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində görüşü təşkil olunmuşdur.
Görüşdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin və qonaq ölkələrin iş strukturu və fəaliyyəti barədə məlumat mübadiləsi aparılmış, həmçinin birgə əməkdaşlığın prespektivləri nəzərdən keçirilmiş, elm və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr edilmişdir. Qonaqlar Mərkəzin kollektivi ilə də yaxından tanış olmuşdur.