• ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • STRUKTUR
  • EKSPERT KOMİSSİYALARI
  • QANUNVERİCİLİK
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Məhkəmə ekspertizası fəaliyyəti haqqında qununu
    • Əhalinin sağlamlığının qorunması haqqında
    • Psixiatriya yardımı haqqında
    • Narkoloji xidmət və nəzarət haqqında
    • Psixoloji yardım haqqında
    • Cinayət Məcəlləsi
    • Cinayət-Prosessual Məcəllə
    • Mülki Məcəllə
    • Mülki Prosessual Məcəllə
    • İnzibati Xətalar Məcəlləsi
  • TƏDBİRLƏR
  • BİZİMLƏ ƏLAQƏ

10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə tədbir keçirildi.

10/10/2025

10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində tədbir təşkil olundu. Tədbirin məqsədi psixi sağlamlığın qorunmasının əhəmiyyətinə diqqət çəkmək, həmçinin bu sahədə çalışan mütəxəssislərin əməyini qiymətləndirmək olmuşdur.

Tədbir zamanı Mərkəzin rəhbərliyi tərəfindən əmək fəaliyyətində fərqlənən bir qrup əməkdaşa fəxri fərman və təşəkkürnamələr təqdim olundu.

Çıxış edənlər psixi sağlamlığın cəmiyyət üçün prioritet məsələ olduğunu vurğulayıb, psixiatrik xidmətdə Mərkəzin kollektivinin rolunu yüksək qiymətləndirdilər.

Sonda tədbir iştirakçıları yekdilliklə qeyd etdilər ki, stiqmatizasiyanın azaldılması və psixi sağlamlığa diqqətin gücləndirilməsi sağlam cəmiyyətin formalaşmasının əsas şərtlərindəndir.

Paylaş

Site by Unicode