Tədbirlər

18/07/2024
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində Rusiya Federasiyasının aparıcı təşkilatı ilə növbəti görüş keçirilmişdir.
09-11 iyul 2024-cü il tarixlərində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin V.P.Serbski adına “Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin” rəhbərliyinin ölkəmizə rəsmi səfəri baş tutmuşdur.
21/05/2024
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ekspert heyyətinin Türkiyə Cümhuriyyətinə səfəri
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyinin birgə qarşılıqlı əməkdaşlığı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ekspert psixiatr və psixoloqlarının İstanbul şəhərində Bakırköy Prof. Dr. Mazhar Osman “Ruh Sağlığı ve Sinir Hastalıkları Eğitim Araştırma Hastanesi”ndə 06.05.2024-cü il tarixdən 17.05.2024-cü il tarixədək “Məhkəmə Psixiatriyası” üzrə müvafiq təcrübə kursu təşkil olunmuşdur.
11/05/2023
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində Ulu Öndər Heydər Əliyevinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Ulu Öndər Heydər Əliyevinin 100 illik yubileyinə həsr olunmuş tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi yolunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiram və sükutla yad edilmişdir.